İŞİD-in vurduğu ziyan - 5 milyard

İŞİD-in vurduğu ziyan - 5 milyard
  12 Dekabr 2014    Oxunub:1425
İraq Mərkəzi Bankının rəhbəri Al-Allak İŞİD-in indiyə kimi ölkəyə təxminən 4-5 milyard dollar ziyan vurduğunu bildirib.
AzVision.az xəbər verir ki, bank rəhbəri dəyən ziyanın miqdarının dəqiq hesablanmasının çox çətin olduğunu deyib:

“Ən çox ziyan şəhərlərə və insanların yaşadığı yerlərə dəyib ki, bunları bərpa etmək mümkündür. Təkcə vətəndaşlara dəyən ziyanı bərpa etmək üçün 4-5 milyard dolalr lazımdır”.

O vurğulayıb ki, hələ də İŞİD-lə mübarizə üçün silah idxalı davam edir:

“Silah almaq üçün milyardlarla dollar dəyərində müqavilələr imzalamışıq. Xalqımzıa dəyən ziyanı bərpa edəcəyik. Evlərini, yaşadığı yerləri tərk etməyə məcbur olan insanları tək buraxmayacağıq”.

Fatimə


Teqlər:





Xəbər lenti