Min ayyaqqabılı siyasətçi konqresmen ola bilər

Min ayyaqqabılı siyasətçi konqresmen ola bilər
  06 May 2013    Oxunub:1669
Keçmiş Filippin diktatoru Ferdinand Markosun arvadı konqresdə qalmaq üçün yenidən seçkilərə qatılacaq.
AzVision.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, keçmiş Filippin diktatoru Ferdinand Markosun minlərlə ayaqqabıya malik ekstravaqant həyat tərzi keçirən arvadı İmelda Markos əhaliyə təzyiq edir ki, konqresdə yerini saxlamaq üçün onu seçsinlər.

83 yaşlı Markos mayın 13-də baş tutacaq seçkilərə namizədliyini irəli sürüb. Qeyd edək ki, o, ilk dəfə konqresə 2010-cu ildə İlokos Nortedən seçilib.

Adı korrupsiyada hallanan Ferdinand Markosun hakimiyyəti illərində İmelda Markos Nyu-York, Roma və Kopenhagendə etdiyi alış-veriş zamanı 3 milyon dollar pul xərcləyib.

Leyla Cavadova
AzVision.az



Teqlər:





Xəbər lenti