Almaniyada 8 türkün qatili cavab verəcək - FOTOLAR

Almaniyada 8 türkün qatili cavab verəcək - FOTOLAR
  06 May 2013    Oxunub:1418
Əsrin “nasist prossesi”...
Bu gün Almaniyada 2000-2007-ci illər arasında səkkizi türk olmaqla 10 nəfəri öldürməkdə və 30 nəfəri yaralamaqda ittiham olunan radikal sağçı “Nasional sosialist gizli təşkilatı”nın (NSU) məhkəmə prossesi başlayır. Prossesin iki il davam edəcəyi və 85 məhkəmə iclasının keçiriləcəyi gözlənilir. İttihamçı tərəfi 49, müttəhimləri isə 12 vəkil müdafiə edəcək.

NSU-nun qurucuları Uşe Mundlos və Uşe Böhnhardt 2011-ci ildə intihar etsə də digər üzv Beyte Jape təslim olub. Yeddi ilə ərzində baş verən cinayətlərə laqeyd və səhlənkar münasibət isə alman ədalətinə olan inamı xeyli sarsıdıb.

Münhen Əyalət məhkəməsində başlayacaq, 50-dən çox media qurumunun iştirak edəcəyi NSU prossesindən əvvəl alman polisi geniş təhlükəsizik tədbirləri alıb.

Türkiyəli jurnalistlərin buraxılmadığı prossesdə hakim Ədalət və İnkişaf partiyasından olan deputatlarla yanaşı, müxalifət düşərgəsi və ictimai fəallar da iştirak edəcək.

Qalereya




Teqlər:  





Xəbər lenti