Tanzaniya kilsəsi partladıldı

Tanzaniya kilsəsi partladıldı
  06 May 2013    Oxunub:1420
Tanzaniyanın şimalında yerləşən Aruşa şəhərindəki kilsədə partlayış baş verib.
AzVision.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, Tanzaniyanın şimalında yerləşən Aruşa şəhərindəki kilsədə bomba partladılması nəticəsində bir nəfər ölüb, 50-dən çox insan yaralanıb. Polisin məlumatına görə, hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Partlayış Olasiti ətrafında yerləşən yeni Roman katolik kilsəsinin rəsmi açılışı zamanı baş verib. Qeyd edək ki, Vatikanın Tanzaniyadakı səfiri və Aruşa şəhərinin arxiyepiskopu da açılış mərasimində iştirak ediblər.

Polisin sözlərinə görə, bir qadın partlayış zamanı, digər üç nəfər isə xəstəxanaya aparılarkən yolda ölüb.

Leyla Cavadova
Azvision.az



Teqlər:  





Xəbər lenti