Prokuror öldürüldü

Prokuror öldürüldü
  04 May 2013    Oxunub:1466
Pakistanın keçmiş baş nazirinin qətlini araşdıran prokuror öldürülüb
Pakistanın keçmiş baş naziri Bənazir Bhuttonun qətlini araşdıran prokuror Çaudri Zülfüqar Əli paytaxt İslamabadda qətlə yetirilib.

Naməlum şəxslər onun avtomobilinə atəş açaraq, aradan çıxıb. Prokuror yerindəcə keçinib, mühafizəçisi isə ağır yaralanıb. Maraqlıdır ki, Çaudri Zülfüqar bir neçə saat sonra Bhuttonun ölümüylə bağlı antiterror məhkəməsində çıxış etməliydi.

Qeyd edək ki, məhz bu prokuror Benazir Bhuttonun qətlində keçmiş prezident Pərviz Müşərrəfi ittiham edirdi və onun həbsinə çalışırdı. O iddia edirdi ki, Müşərrəf baş nazirin təhlükəsizliyini bilərəkdən təmin etməyib və deməli, onun ölümündə maraqlı ola bilərdi. Keçmiş prezident isə bütün ittihamları rədd edir. Hazırda o ev dustağıdır.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti