Gürcüstanda ermənilər həbs olunub

Gürcüstanda ermənilər həbs olunub
  04 May 2013    Oxunub:1206
Ermənilər Gürcüstana qeyri-qanuni yolla gümüş məmulatı keçirməyə cəhd ediblər
AzVision.az xəbər verir ki, bir qrup Ermənistan vətəndaşı Gürcüstanda azərbaycanlılarının yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsindəki Marneuli rayonunun ərazisindəki Sadaxlı gömrük-buraxılış məntəqəsindən Gürcüstana qeyri-qanuni yolla gümüş məmulatı keçirməyə cəhd edib.

Hüquq mühafizə orqanları əməkdaşları mühafizəçiləri ermənilərə məxsus minik avtomobilinə baxış keçirmiş və xeyli miqdarda gümüş məmulatı aşkar ediblər.

Hələlik ermənilərin soyadı və gümüşün çəkisi açıqlanmır.
Hadisə ilə əlaqədar cinayət işi açılıb, araşdırma aparılır.


Teqlər:  





Xəbər lenti