İki papa bir yerdə yaşayacaq
Papa Fransisk Romanın yanındakı Castel Gandolfo qəsəbəsindəki monastırda, Vatikan rəhbərlərinin yay evində yaşayırdı. "Emerit" adlandırılan 86 yaşlı Raysinger həmin monastırda təmir getdiyi üçün Vatikanın bağçasındakı Mater Ecclesiae monastırına köçüb.
Sabiq Papanı gətirən helikopteri indiki Papa Fransisk qarşılayıb.
16-cı Benediktin monastırdakı yaşamında onun yanında Vatikanın valisi monsinyor Georq Qansveyn və 4 xidmətçi də olacaq.
20 il əvvəl tikilən 4-mərtəbəli Mater Ecclesiae monastırı 450 kv.m-lik sahəyə və 12 otağa malikdir.