Parlamentdə iştirak etməyənlərin maaşı kəsiləcək

Parlamentdə iştirak etməyənlərin maaşı kəsiləcək
  03 May 2013    Oxunub:1223
Parlament iclaslarında iştirak etməyən erməni deputatlar əmək haqlarından məhrum olacaqlar.
Ermənistan parlamentinin spikeri Ovik Abramyan millət vəkillərinə iclasda iştirak etməli olduqlarını bir daha “xatırladıb”.
Bu barədə spiker ötən gün parlamentin iclas zalında baş tutan mətbuat konfransı zamanı danışıb.

Belə ki, bir neçə gün öncə qanun layihələrinin səsverməsi zamanı aralarında hakim Respublikaçılar və “Çiçəklənən Ermənistan” partiyasından olan bir çox millət vəkili spikerin çıxışını sona qədər dinləmədən iclas zalını tərk edib, buna görə də Abramyan bu dəfə millət vəkillərinə irad tutmağa məcbur olub.

Daha sərt tədbirlərə əl atacağını deyən spiker iclaslarda iştirak etməyən millət vəkillərinin adını açıqlamaqla yanaşı, əmək haqlarından məhrum olacaqlarını, xarici səfərlərə göndərilməyəcəklərini və nümayəndə heyətlərinin tərkibinə salınmayacaqlarını vurğulayıb.

“Çiçəklənən Ermənistan” partiyasının lideri Qarik Sarukyanın da iclaslarda iştirak etmədiyini xatırladan jurnalistin sualına cavabında Abramyan adından, soyadından və tutduğu vəzifədən asılı olmayaraq qadağanın hamıya şamil olunacağını bildirib.


Teqlər:  





Xəbər lenti