İraqda şiə lider üzr istədi
Baş naziri ölkəni parçalamaqda günahlandıran şiə lider onun əvəzinə bütün sünni məzhəbinə inanc gətirənlərdən üzr istədiyini bildirib. Sonda bütün islam aləminə səslənən əs Sədr "Şiə sünninin, sünni isə şiənin düşməninə çevrilib. Bu qəbuledilməzdir. Ona görə ki, hər şeydən əvvəl hamımız müsəlmanıq" deyib. Ölkədə isə terror aktları ara vermir. Ötən gün də iraqlılar bir neçə ardıcıl partlayış səsi eşidiblər. Əvvəlcə partlayışlar İraqın cənub vilayətlərində qeydə alınıb.
Son məlumatlara görə, Kərbəlada və Mosulda ölənlərin sayı 11 nəfərdir. Ən güclü partlayışlar isə paytaxt Bağdadda baş verib. terrorçular ardıcıl olaraq bir neçə dövlət idarəsi qarşısında içi partladıcı ilə dolu avtomobilləri havaya uçurub. Nəticədə çoxu polis və hərbiçi olmaqla ümumilikdə 25 nəfər həyatını itirib.
Qanlı hadisələrə görə məsuliyyəti hələki heç bir qruplaşma üzərinə götürmək istəmir. Hökumət baş verənlərin arxasında Əl-Qaidə terror təşkilatının dayandığı açıqlayıb. Onu da bildirək ki, aprelin sonlarından bu yana İraqda törədilən terror aktlarında ölənlərin sayı 250-nəfəri ötüb.
Teqlər: