CİA yetkilisi internetin izlənməsindən danışır – VİDEO

CİA yetkilisi internetin izlənməsindən danışır – VİDEO
  02 May 2013    Oxunub:1677
ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) Texnologiyalar Departamentinin direktoru Ayra Qas Hant (Ira Gus Hunt) CİA-in interneti necə izləməsilə bağlı çox maraqlı məlumatlar verib.
Onun çıxışı bu ilin martın 20-də Nyu-Yorkda keçirilən “GigaOM Structure:Data 2013” konfransında olub. Hant həmçinin “Big Data” (həddindən artıq çox informasiya) problemilə necə işləmək haqda fikirlərini də açıqlayıb:





- Biz rəqiblərimizin planları və niyyətləri haqqında informasiya toplayırıq. Əlimizdə olan informasiyanı yenisi ilə tutuşduraraq, hərtərəfli analiz (All-Source Analysis) edirik, sonra kimin siyasətlə məşğul olduğunu, həmçinin bütün bunların nə demək olduğunu Prezidentə, Dövlət Təhlükəsizlik Katibinə bildiririk.

Bizim əsas vəzifəmiz dörd il əvvəl meydana çıxan Böyük Məlumatlar (“Big Data”) və planetdə yaranan böyük informasiya axınlarında üstünlüyü ələ keçirməkdir. Bu vəzifə informasiyaların nədən ibarət olduğunu anlamaq və milli təhlükəsizliyi qorumaq üçün lazımdır. Biz məhz bununla məşğul oluruq...

...Hamı Google-u tanıyır. Google maraqlı informasiyalardan ibarət böyük provayderdir. Bizim aydınlaşdırdığımıza görə, Google təxminən dörd il əvvəl 2009 və ya 2010-cu ilə aid Birja və Qiymətli kağızlar üzrə komissiyanın sənədlərini yayımlamağı dayandırıb. Eyni zamanda, onlar bildiriblər ki, bazalarında trilyon URL indeksli - təxminən 100 petabayt informasiya var. Bu, kifayət qədər çoxdur.

Facebook. Bildiyiniz kimi, keçən ilin avqustunda Facebook milyard istifadəçini keçib. Mən maraqlı bir faktı aşkar etdim – son rəqəmlər göstərir ki, dünyada çəkilən şəkillərin təxminən 35%-i məhz Facebook-da yerləşdirilir.

Youtube. Biz hesab edirik ki, Youtube planetdə və onun ictimai sektorunda qarşılaşdığımız ekzabayt və ya ondan böyük ölçüyə malik portaldır. Əlimizə keçən son sənədlərə görə, Youtube-un ölçüsü təxminən 768 petabayt təşkil edir. Əgər Youtube-a əlavə edilən məlumatların təxmini həcmini hesablasaq, onda görərik ki, Youtube üç və ya dörd il əvvəl ekzabaytdan böyük ölçüyə malik olub.

Dünya əhalisi. Əgər aprel ayına qayıtsaq görərik ki, əhali yeddi milyardı yavaş-yavaş keçib.
Hamı Twitter haqqında danışır. Twitter-də bir ildə təxminən 124 milyard izləyici olur.

Amma Twitter saniyədə təxminən 193000 mesaj ötürülən SMS qlobal qısa mesaj sistemilə müqayisədə kiçikdir. Məndə operator hesabatı var və bunu təsdiq edə bilərəm.

Amma bu da ABŞ-da mobil telefonlarla zənglərin sayı ilə müqayisədə azdır. Təkcə ABŞ-da ildə danışıqların sayı dəqiqədə 2,2 trilyonu keçir – gün ərzində adambaşına 19 dəqiqə düşür.

Əgər bütün bunları cəmləşdirsək, onda ilə daha bir Youtube lazım olacaq.

Bütün bunlar nəyin sayəsində baş verir?
Düşünürəm ki, siz hər şeyi bilirsiniz. Son bir neçə ilin üç mühüm fenomeni var. Onlardan biri Mobil Sosial “Bulud”dur (Sohbət sosial şəbəkələrə mobil aparatlarla qoşulmaqdan gedir). Məhz onun sayəsində biz Böyük Məlumatların çox hissəsini əldə etmişik. Sosial dünyada məlumatlar viruslar kimi tez yayılır və buna görə də, “Bulud” mövcud olmağa başlayanda əvvəlcədən düşünülmüşdü ki, onlara miqyası elastik böyüdülən böyükhüdudlu informasiya sahəsi lazımdır. Hamı sosial mühitdə olmaq və məlumat mübadiləsi etmək istəyir. Bütovlükdə bütün bunlar haqqında danışdığımız – Böyük Məlumatları (Big Data) təşkil edir.

Ən vacibi budur ki, Sosial Mobil Bulud bütöv planet üzrə informasiya axınını tamamilə dəyişdirib. Mərkəzi Kəşfiyyat İdarəsində (MKİ) çox illər əvvəl mən analitik kimi işləməyə başlayanda dünya çox sadə qurulmuşdu. Əgər informasiya axınlarını terminlərlə danışsaq, onda hər şey sadə idi: NBC və CNN, sovetin TACC, Amerikanın Times və Washington Post-u... Bir neçə informasiya generatoru digərlərinə məlumat veriblər və beləliklə, informasiya bu formada yayılıb. Bu, “azın – çoxa” modeli idi. Amma Sosial Mobil Bulud başdan-ayağa bu modeli dəyişdirdi və “çoxun-çoxa” mürəkkəb modelinə keçdi. İndiki məlumat çoxluğunda böyük “küy” səviyyəsinə baxmayaraq, hamı danışdıqda və informasiya mübadiləsi etdikdə, bizim tutmalı olduğumuz siqnallar da onlara qarışır. Böyük Məlumatların böyük problemlərindən biri budur: daim böyüyən səs okeanında lazımi siqnalı, informasiyanı necə tapmaq olar?..

(Ardı var)


Teqlər:  





Xəbər lenti