Sel yuyub apardı, 14 ölü

Sel yuyub apardı, 14 ölü
  02 May 2013    Oxunub:1319
Sel Səudiyyə Ərəbistanında 14 nəfərin həyatına son qoyub
Səudiyyə Ərəbistanına yağan aramsız yağışlar sellə nəticələnib.

Belə ki, ölkə üçün xarakterik olmayan hava şəraitinin hökm sürməsi 14 nəfərin həyatına son qoyub. Daha 3 nəfərin taleyi isə hələ də müəmmalı olaraq qalır. Ən böyük insan itkisinin Taif və Baha vilayətlərində yaşandığı bildirilib.

Hazırda ordu və nazirliyin qüvvəsindən istifadə edilməklə xilasetmə işləri həyata keçirilir.

Ölkə kralı Abdullah isə əmin edib ki, dəyən bütün zərərə görə vətəndaşlara dövlət tərəfindən kompensasiya veriləcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti