Fransa prezidenti şərab satır

Fransa prezidenti şərab satır
  02 May 2013    Oxunub:1417
Fransa prezidenti dövlət büdcəsinə yardım üçün şərab kolleksiyasını hərraca çıxarıb.
Fransada şərab həvəskarları tezliklə prezidentin şəxsi kolleksiyasından şərab əldə edə biləcəklər. AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, Drouot hərrac evində Fransa prezidenti Fransua Ollanda məxsus şərab zirzəmisindən 1200 şərab hərraca çıxarılacaq.

Məlumata əsasən, hərracın keçirilməsi mayın sonuna planlaşdırılıb. Hərracdan əldə olunacaq gəlir dövlət büdcəsinə veriləcək. Prezidentə məxsus zirzəmi Elize sarayında 1947-ci ildə tikilib və on il ərzində daha da genişləndirilib.

Qeyd edək ki, şərab kolleksiyasından Burqundiya və Bordo şərabları hərraca təqdim ediləcək. Hərracda şərabların qiyməti 15 avro ilə 2200 avro arasında dəyişəcəyi gözlənilir. Bəzi nadir şərabların dəyəri qeyd olunan qiymətdən daha baha satıla bilər.

Xəbərdə bildirilir ki, bu addımla Olland dövlət büdcəsinə kömək etmək niyyətindədir. Radio France Internationale bildirib ki, Elize sarayı ilk dəfədir ki şəxsi şərab kolleksiyasını hərraca çıxarır.

AzVision.az



Teqlər:  





Xəbər lenti