“Sərkisyan bizim gələcəyimizi satıb”
Onlar bizim təkcə bu günümüzü yox, həm də gələcəyimizi satıblar". Manukyan qeyd edib ki, Azərbaycanın Gürcüstan və Türkiyədə həyata keçirdiyi layihələr böyük uğur qazanır: "Ermənistanda isə ağırlaşan iqtisadi vəziyyət sayəsində insanlar ölkəni tərk edir. Belə getsə, Ermənistanda bir adam belə qalmayacaq" deyə Manukyan etiraf edib.
Bu arada ermənilərin “böyük köçü” hələ də davam edir. Ölkə KİV-ləri həyacan təbili çalaraq, prosesin təhlükəli həddə çatdığını bildirirlər.Statistik məlumata görə, bu ilin ilk 3 ayı ərzində ölkəni 35 min 500 nəfər birdəfəlik tərk edib. Onların əksəriyyəti qonşu Rusiyaya üz tuturlar. Ermənistanın Tavuş vilayətinin Koti kəndinin sakinləri kimi...
“Joxovurd” qəzeti yazır ki, həmin kəndin sakinlərindən biri Arşavir Vardikyan çörəkpulunu həmkəndlilərinin mal-qarasını otarmaqla qazanır. Lakin həmkəndliləri elə kasıb yaşayırlar ki, onun ayda 3 min dramlıq haqqını ödəməyə imkanları yoxdur. Odur ki, Vardikyan ermənilərin qoyununu otarmaqdansa, gedib rusların mal-qarasını otarmağa üstünlük verir. ”Burda da inək otarıram, gedib orada da otaracam. Heç olmazsa adam kimi yaşayaram... ”
Qeyd edək ki, Koti kəndi ilə Azərbaycan arasında cəmi 38 km məsafə var.
Səbinə Həsənova
AzVision.az