Niderland kraliçası Beatriks söz verdiyi kimi, öz oğlu Villem-Aleksandrın xeyrinə taxtdan imtina edib. 46 yaşlı tarixçi Villem son 123 il ərzində ölkədə ilk kişi hökmdar olacaq.
Böyük Britaniyadan fərqli olaraq, Niderlandda taxtın ötürülməsi parlamentin qarşısında yeni kralın andıyla yekunlaşan xüsusi kübar mərasimdir.
Qeyd edək ki, Oranlılar sülaləsinin tacqoyma mərasiminin dəyişməz atributu narıncı rəng və portağallardır.