İŞİD Suriyada 20 nəfəri girov götürdü

İŞİD Suriyada 20 nəfəri girov götürdü
  08 Oktyabr 2014    Oxunub:1953
İŞİD terror qruplaşmasının silahlıları Suriyanın şimal-qərbində kəndlərdən birinə hücum edərək 20 nəfəri girov götürüblər.
APA-nın məlumatına görə, bu barədə “Ansa” agentliyinə Hələb şəhər katolik yeparxiyasının yepiskopu Corc Əbu Həzin bildirib.

Onun sözlərinə görə, terrorçular kəndə oktyabrın 6-na keçən gecə hücum ediblər. Girov götürülənlərin arasında katolik keşişinin də olduğu bildirilir. Terrorçular hələlik heç bir tələb irəli sürməyiblər, onlarla əlaqə saxlamaq mümkün olmayıb.


Teqlər:





Xəbər lenti