Balayında zəvvar kimi Məkkəyə gedən cütlük dini ayinləri yerinə yetirərək Hacı adını qazanıb.
3 uşaq anası olan G.Ergen bal ayında Həccə getməsini tənqid edənlərə isə belə cavab verib:
"Şərh edənlər, ürək qıranlar, bundan zövq alanlar, xarici görünüşümə baxıb, gerçəyi unudanlar... Olduğum yerin adəti nədirsə geyimim ona uyğun olar... Ölkəmə qayıdanda ürəyim, nəfsim, nəfəsim dəyişməyəcək.
İhtişam, sonsuzluq, birlik, aydınlığa gedən yoldurmu bu? Nəyə baxsan onu görərsən".
Qeyd edək ki, müğənni iki ildir görüşdüyü jurnalist sevgilisi ilə ötən həftə nigah masasına oturub.
Cütlük bundan öncə də Ümrə ziyarəti zamanı çəkilmiş fotosunu yaymışdı.