Ebola Avropaya da gəlib çatdı- TƏHLÜKƏ

Ebola  Avropaya da gəlib çatdı- TƏHLÜKƏ
  07 Oktyabr 2014    Oxunub:2689
Ebola virusunun yayılma arealı getdikcə genişlənir. 40 yaşlı ispaniyalı tibb bacısı Qərbi Afrika hüdudlarından kənarda bu virusa yoluxan ilk şəxs olub.
AzərTAc xəbər verir ki, bu barədə Euronews telekanalı məlumat yayıb. Tibb bacısı Madrid xəstəxanasında Syerra-Leonedən qayıtmış və sentyabrın sonlarında Ebola virusundan vəfat etmiş keşişə tibbi xidmət göstərib. Onda xəstəliyin ilk əlamətləri iki həftə əvvəl peyda olsa da o, yalnız hərarəti yüksəldikdən sonra həkimə müraciət edib. Hazırda xəstəxana xüsusi nəzarətə götürülüb.

Dünya Səhiyyə Təşkilatının son məlumatlarına görə, Ebola virusundan 3500 nəfər ölüb. Alimlər ehtiyat edirlər ki, oktyabrın sonunadək virus Fransa və Böyük Britaniyaya da gəlib çıxa bilər.


Teqlər:





Xəbər lenti