Türkiyədə mollanı döyüb soyundurdular
Xəstəxanaya yerləşdirilən 55 yaşlı A.G. 5 uşaq atasıdır. O, uzun müddət məscidin axundu olub. Onun başından ağır xəsarətlər aldığı bildirilir.
Mollanın dediyinə görə, namazdan çıxandan sonra 3 nəfərin hücumuna məruz qalıb. Tanımadığı şəxslər onu vəhşicəsinə döyüblər. Daha sonra lüt sonyundurublar və əl-ayağını bağlayıblar.
Qeyd edək ki, həmin mollar 3 il bundan əvvəl bir qadını qaçırmaqda günahlandırılıb. Onun 3 uşaq anası olan qadına təcavüz etdiyi barədə də söhbətlər gəzir. Deyilənlərə görə, molla elə bu səbəbdən döyülüb.
Faktla bağlı araşdırma aparılır.
Teqlər: