Mitinqə görə Facebook bağlandı

Mitinqə görə Facebook bağlandı
  07 Oktyabr 2014    Oxunub:1861
Tacikistanda sosial şəbəkələr və bir çox internet saytları bağlanıb.
ANS PRESS-in məlumatına görə, bu addım Tacikistanda oktyabrın 10-da keçiriləcək mitinqlərə gələnlərə müraciət edilməsinin qarşısını almaq üçün atılıb.

Bağlanan saytlar içərisində Wikipedia, YouTube, Facebook, “Kontakt” və bir neçə tanınmış sosial şəbəkələr də var. Tacikistanın rabitə naziri Beq Saburi bildirib ki, sosial şəbəkələrdə oturan bəzi insanlar istəmirlər ki, Tacikistanda sülh olsun.

Qeyd edək ki, Tacikistanın paytaxtı Düşənbə şəhərində əhalinin çoxu cümə namazından sonra keçiriləcək mitinqlərə getməkdən imtina edir.

Keçiriləcək mitinqdə isə əsas şüar “Tacikistan dəyişiklər tələb edir!” olacaq. Aksiyada “Emoməli Raxmonsuz Tacıkistan!”, “Təmiz seçkilər!”, “Ləyaqətli ömür!” kimi süşarlar da səslənəcək.


Teqlər:





Xəbər lenti