Poroşenko Merkellə məsləhətləşdi

Poroşenko Merkellə məsləhətləşdi
  07 Oktyabr 2014    Oxunub:1282
Ukrayna prezidenti Pyotr Poroşenko və Almaniyanın kansleri Anqela Merkel Ukraynanın şərqindəki vəziyyəti müzakirə ediblər.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, telefon danışığı zamanı Poroşenko bildirib ki, Almaniyaya məxsus 112 yük maşınından ibarət humanitar yardım karvanı artıq Ukrayna sərhədini keçərək Kiyevə istiqamət götürüb.

Poroşenko və Merkel qeyd ediblər ki, qondarma Donetsk və Luqansk respublikalarında noyabra təyin olunan seçkilər atəşkəs şəraitində və Ukrayna qanunvericiliyinə uyğun şəkildə keçirilməlidirlər.



Teqlər:  





Xəbər lenti