Kliçkonun başına iş gəldi - VİDEO

Kliçkonun başına iş gəldi - VİDEO
  06 Oktyabr 2014    Oxunub:1694
Kliçkonun başı ikonaya çırpılıb.

Ukrayna paytaxtı Kiyevin yeni meri boksçu Vitali Kliçko yenə dünyanın gülüş hədəfinə çevrilib. Belə ki, bu dəfə Kliçko Kiyevdəki Mixaylovski məbədində pərt olub.

Şəhər rəhbəri Maydanda həlak olanların xatirəsini anıb. Bu zaman o kilsədə əklil qoyub. Lakin məsafəni düzgün hesablamadığı üçün alnı dini ikonanən çərçivəsinə (övliyaların şəkli) dəyib. Merin alnının dəyməsi əməlli-başlı səs salıb.

Qeyd edək ki, bir necə gün öncə jurnalistlər Kliçko ilə müsahibə zamanı ondan doğmaları ilə nə qədər tez-tez görüşdüyünü və hazırda həyat yoldaşının harada olduğunu soruşmuşdu. Kliçko isə hazırda həyat yoldaşının hər yerdə olduğunu demişdi.

Bir müddət öncə isə mer Kiyevdəki mənzillərdə isti suyun olması üçün su isitməli olduğunu demişdi. "Soyuq suyu isitmək üçün onu qızdırmaq lazımdır. Bu aydındır. İsitmək üçün isə qaz lazımdır. Qazla vəziyət isə... Bizə nə zaman qaz veriləcəyini gözləyirik. Qaz yoxdur". (Ans)




Teqlər:





Xəbər lenti