İtən təyyarənin axtarışları yenidən başladı

İtən təyyarənin axtarışları yenidən başladı
  06 Oktyabr 2014    Oxunub:2244
Hind okeanında itkin düşmüş Malayziya Hava Yollarına məxsus Boeing-777 təyyarəsinin axtarışları bərpa olunub. Axtarış əməliyyatlarına dənizin dibinin tədqiqi üçün sonarlar və videokameralarla təchiz olunmuş üç gəmi cəlb edilib.
Axtarış zonası Avstraliyanın qərb sahillərindən 1,8 min kilometr məsafədə yerləşir.

Xatırladaq ki, martın 8-də Malayziya Hava Yollarına məxsus Kuala-Lumpur-Pekin marşrutu üzrə hərəkət edən Boeing-777 sərnişin təyyarəsi Hind okeanı üzərində yoxa çıxıb. Təyyarənin göyərtəsində 227 sərnişin və 12 heyət üzvü olub.
Malayziya hökumətinin ehtimallarına görə, Kuala-Lumpurdan qalxdıqdan bir saat sonra təyyarə uçuş istiqamətini dəyişib və radarların ekranlarından itib. Təyyarənin Hind okeanına düşdüyü güman olunur.

İtmiş təyyarənin qalıqlarının axtarışı hələ ki, heç bir nəticə verməyib


Teqlər:  





Xəbər lenti