Yük və sərnişin daşınması artıb
Dövlət Statistika Komitəsindən Azision.az-a verilən məlumata görə, sərnişinlərin 96,3 faizi avtobus, 3,7 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Yük dövriyyəsi 2,8 faiz, sərnişin dövriyyəsi isə 5,9 faiz artıb.
Metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı isə 3,6 faiz artaraq 138,7 milyon nəfər olub.