İŞİD-dən Qurban bayramı payı

İŞİD-dən Qurban bayramı payı
  06 Oktyabr 2014    Oxunub:1881
İŞİD terror qruplaşmasının lideri qondarma islam xəlifəsi Əbu Bəkr əl Bağdadi Qurban bayramı münasibəti ilə yaraqlılarını təltif edib.
AzVision.az-in məlumatına görə, bu barədə xəbəri qruplaşmanın nəzarətində olan “Iraqinews.com” saytı yayıb. Xəbərə görə, əl Bağdadi İraq və Suriyada olan bütün yaraqlıların hər birinə 1 qoyun və 100 dollar məbləğində pul verilməsini tapşırıb.

Əl Bağdadinin bu cür “səxavətli” hərəkətinin səbəbi kimi Ninova bölgəsində bir çox bank şöbəsinin ələ keçirilməsi və Ninova, Ənbar, Səlahəddin, Diala ilə Kərkük şəhərlərində çox miqdarda mal-qaranın qruplaşma tərəfindən qarət olunması göstərilir.


Teqlər:  





Xəbər lenti