Qroznıda güclü partlayış - ölənlər var (VİDEO)

Qroznıda güclü partlayış - ölənlər var (VİDEO)
  06 Oktyabr 2014    Oxunub:1612
Çeçeninstanın paytaxtı Qroznıda güclü partlayış baş verib.
AzVision.az xəbər verir ki, partlayış Qroznının 196 illiyinə həsr olunan konsertin keçiriləcəyi yerin yaxınlığından olub.

Rusiyanın yerli xəbər agentlikləri bildirirlər ki, metal detektoru ilə işləyən polis əməkdaşı konsert yerinin yaxınlığındakı yeri yoxlayarkən kütlənin içərisində bir gəncin davranışından şübhələnib. Polis həmin gəncə yaxınlaşmaq istəyəndə o, üstündəki partlayıcını partladıb. Baş vermiş partlayış nəticəsində 5 polis həlak olub, daha 12 nəfərin isə yaralandığı bildirilir.



AzVision.az


Teqlər:  





Xəbər lenti