Braziliya yeni prezidentini seçir

Braziliya yeni prezidentini seçir
  06 Oktyabr 2014    Oxunub:1567
Braziliyada yeni dövlət başçısı və parlamentarilərin müəyyənləşəcəyi seçkilər keçirilir.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 143 milyon braziliyalı bu gün səs verir. İlkin məlumatlara görə, hazırkıə prezident Dilma Roussef seçki yarışıənda irəlidədir. Buna baxmayaraq D.Rousef ilk turda qalib gəlməsə seçki ikinci turda davam edəcək.

Onun rəqibləri isə sosial-demokrat Aecio Neves və sosial-liberal Marina Silvadır.

Hazırkı prezident ilk turda qalib gəəlmək üçün seçicilərin 50%-nin səsini almalıdır.

Prezident seçkisi ilə yanaşı bu gün 513 parlamentari, 27 əyalət valisi və senatorların 3- 1-i bəlli olacaq. Səsvermə zamanı 400 min təhlükəsizlik qüvvələrinin əməkdaşı xidmət edəcək.

Qeyd edək ki, Braziliyada 1996-cı ildən etibarən seçkilər elektron formada keçirilir. Buna görə də seçkinin dəqiq nəticəsi gecə saatlarında bəlli olacaq.


Fatimə
AzVision.az



Teqlər:  





Xəbər lenti