Gürcüstan ermənilərin yolunu açır

Gürcüstan ermənilərin yolunu açır
  05 Oktyabr 2014    Oxunub:1857
Gürcüstan hökuməti Rusiya ilə Abxaziyadan keçən dəmiryolu əlaqəsini bərpa eləməyə hazırdır.
AzVision.az musavat.com-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan baş nazirinin Rusiya ilə münasibətlər məsələsi üzrə səlahiyyətli nümayəndəsi Zurab Abaşidze bildirib:

"Əgər Rusiya tərəfi bunda maraqlıdırsa, o zaman o, Gürcüstana müvafiq təşəbbüslə müraciət etməlidir. Biz məsələyə baxmaqdan imtina etmirik, ancaq bu, təkcə dəmiryolu problemi deyil, daha mürəkkəb və ciddi məsələdir. Aydın məsələdir ki, söhbət Abxaziyadan getdiyi üçün ən əvvəl siyasi məsələlərdə ümumi mövqeyə gəlmək lazımdır".

Qeyd edək ki, Abxaziya dəmiryolunun açılması təşəbbüsü ilə vaxtaşırı Ermənistan çıxış edir. Bu yol onu strateji siyasi və iqtisadi tərəfdaşı olan Rusiya ilə birləşdirir.

AzVision.az


Teqlər:  





Xəbər lenti