Talibandan İŞİD-ə dəstək

Talibandan İŞİD-ə dəstək
  05 Oktyabr 2014    Oxunub:1977
Pakistanda Taliban silahlı qruplaşması Suriya və İraqda döyüşən İŞİD silahlılarını dəstəklədiyini aşıqlayıb.
Qruplaşma nümayəndələri İŞİD-in Amerika Birləşmiş Ştatları başda olmaqla düşmənə qarşı mübarizəsinində onların yanında olduğunu bildirib.

Rəhbərlik mücahidlərə dəstək olmaq üçün onlara canlı qüvvə də göndərə biləcəklərini vurğulayıb.

BBC telekanalının məlumatına görə, hər iki qruplaşma arasında əməkdaşlıq halları müşahidə olunmayıb.

Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti