Qırmızı Xaç Ukraynada fəaliyyətini dayandırdı

Qırmızı Xaç Ukraynada fəaliyyətini dayandırdı
  05 Oktyabr 2014    Oxunub:1382
Beynəlxalq Qırmızı Xaç Komitəsi Ukraynadakı fəaliyyətini bir neçə günlük dayandırıb.

AzVision.az xəbər verir ki, buna səbəb kimi qurumun əməkdaşlarından birinin Donetskdə həlak olmasıdır. Bu barədə Qırmızı Xaçın Ukraynadakı nümayəndəliyinin mətbuat katibi Alina Murzayeva açıqlama verib.

Onun sözlərinə görə, belə bir qərar birinci növbədə əməkdaşların təhlükəsizliyini təmin eləmək, ikinci yandan isə həlak olanın cəsədini ailəsinə çatdırmaq üçün qəbul olunub.



Teqlər:





Xəbər lenti