Həccə gedən 130 zəvvar ölüb

Həccə gedən 130 zəvvar ölüb
  05 Oktyabr 2014    Oxunub:2689
Səudiyyə Ərəbistanında oktyabrın 1-dən başlayan Həcc ziyarəti zamanı ərəb ölkələrindən gələn 130 zəvvar xroniki xəstəliklərin kəskinləşməsi və ya səhhətlərində yaşla bağlı digər problemlərin yaranması səbəbindən ölüb.
AzVision.az-ın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, ən çox ölüm halı - 14 hadisə - Misirdən gəlmiş zəvvarlar arasında qeydə alınıb. Bundan başqa, İraq, Əlcəzair, Sudan, Mərakeş, Somali, Yəmən, İordaniya və Mavritaniyadan gəlmiş zəvvarlar Həcc ziyarəti zamanı müxtəlif səbəblərdən keçinib.

Məlumata görə, daha 213 zəvvar hazırda Səudiyyə Ərəbistanın xəstəxanalarında müalicə alır.

Qeyd edək ki, Həcc ziyarətinə bu il ərəb ölkələrindən, ümumilikdə, 265 min zəvvar gəlib.


Teqlər:  





Xəbər lenti