Lukaşenko: “Ukraynada yenidən etirazlar ola bilər”

Lukaşenko: “Ukraynada yenidən etirazlar ola bilər”
  04 Oktyabr 2014    Oxunub:2169
Belarus prezidenti Aleksandr Lukaşenko Ukraynada “Maydan” hadisələrinin təkrarlanacağını istisna etmir.
AzVision.az-ın məlumatına görə, bu barədə prezident “Euronews” telekanalına istinadən xəbər verir.

“Ukraynada yeni “Maydan”lar ola bilər. Çünki hazırkı hakimiyyət meydanlara çıxan insanların tələblərini yerinə yetirməyib. Bu ölkə daxilində növbəti münaqişələrin baş verməsinə səbəb ola bilər”, - deyə Lukaşenko müsahibəsində bildirib.

Lukaşenko hesab edir ki, Kiyevin mərkəzində müstəqillik meydanda etiraz edənlər hakimiyyəti devirdikdən sonra Ukraynada demək olar ki, “heç nə deyişməyib”. Əgər korrupsiyaya quşanan hakimiyyətin devrilməsindən sonra Ukraynada hakimiyyətə yeni bir rejim gəlsəydi onda bu haqda nəsə müzakirə aparmaq olardı. Lakin faktiki olaraq indiki hakimiyyət özündən əvvəlkindən heç nə ilə fərqlənmir.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti