Pakistan KİV-ləri Mehriban Əliyevadan yazır

Pakistan KİV-ləri Mehriban Əliyevadan yazır
  04 Oktyabr 2014    Oxunub:1517
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi ilə İslamabad şəhərindəki Beyt-ul-Mal uşaq evində Qurban bayramı münasibətilə keçirilən tədbir Pakistan mediasında geniş işıqlandırılıb.

Pakistanın “Jang”, “The Frontier Post”, “The News”, “Navai Vakt”, “Daily Express”, “Pakistan Observer”, “Patriot”, “Azkaar”, “Pakistan in the World” , “Metro Watch”, “Daily Jinnah”, “Khabrian”, “News com”, “News Mart”, “Sarkaar” qəzetlərində və informasiya agentliklərində, həmçinin “Dawn TV”, “PTV”, “JEOTV”, “Dunya TV”, “Samaa TV”, “Express TV”, “ARY”, “Such TV” televiziya kanallarında bu tədbirlə bağlı urdu və ingilis dillərində materiallar və reportajlar yayılıb.

Bildirilir ki, İslamabad və Ravalpindi şəhərlərindəki 6 kimsəsiz uşaq evinin 800 nəfərdən çox sakini üçün təşkil olunmuş tədbirdə Pakistan-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri, Azərbaycan səfliyinin əməkdaşları, jurnalistlər, ictimaiyyətin nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edən qonaqlar Azərbaycanın birinci xanımının kimsəsiz uşaqlara dəstək olması faktını onun humanistliyi, İslam dəyərlərinə sadiqliyi kimi qiymətləndiriblər.


Teqlər:





Xəbər lenti