Həmkarından Nalbandyana sərt şapalaq

Həmkarından Nalbandyana sərt şapalaq
  04 Oktyabr 2014    Oxunub:9244
Belqradda səfərdə olan Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan növbəti şapalaq alıb. Özü də bu dəfə şapalağı serbiyalı həmkarından yeyib.

Serbiya XİN-in iki ölkənin xarici siyasət idarələri başçılarının görüşünün yekunlarına dair yaydığı xəbərə görə, Belqrad Dağlıq Qarabağa dair bütün beynəlxalq sənədləri dəstəkləyir və həmin sənədlərə hörmətlə yanaşır ( https://azvision.az/redirect.php?url=http://mfa.gov.rs/sr/index.php/pres-servis/saopstenja/14240-2014-10-03-06-45-45?lang=cyr).

Bunlar hansı sənədlərdir və həmin sənədlərdə nədən danışıldığını E.Nalbandyanın idarəsinin əməkdaşları üçün məxsusi olaraq təkrarlamaqdan artıq yorulmuşuq. Yalnız bir məsələni qeyd edək ki, bütün bu sənədlər Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, Ermənistandan Dağlıq Qarabağın və ona bitişik 7 rayonun azad edilməsini, Azərbaycan icmasının Dağlıq Qarabağa qaytarılmasını və yalnız bundan sonra Dağlıq Qarabağın hüquqi statusunun beynəlxalq hüququn normaları əsasında müəyyən olunmasını tələb edir. Yerevanın Kataloniyanın müstəqilliyi haqqında birtərəfli referendumun dayandırılmasına dair İspaniya Konstitusiya Məhkəməsinin qərarı nümunəsində və ölkənin Konstitusiyasına istinadda bunların hansı normalar olduğunu görmək imkanı olub https://azvision.az/redirect.php?url=http://1news.az/politics/20141001060056543.html).

Diplomatik dilə çevirsək, bütün dünya birliyi kimi, Belqrad da Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi sayır və ermənilərin “öz müqəddəratını təyin etmək” hüququ interpretasiyasını rədd edir.(AzərTAc)


Teqlər:  





Xəbər lenti