Dəhşət: İŞİD 10 nəfərin başını kəsdi

Dəhşət: İŞİD 10 nəfərin başını kəsdi
  03 Oktyabr 2014    Oxunub:2422
İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatının yaraqlıları Suriyada yeddi kişi və üç qadının başını kəsib.
AzVision.az “Reuters”ə istinadən verdiyi məlumata görə, bununla İŞİD yerli sakinləri qorxutmaq istəyir.

“Mən onların nə səbəbə həbs və edam edildiyini bilmirəm. Bu yalnız İŞİD yaraqlıları bilir. Onlar bununla insanları qorxutmaq istəyirlər”, - deyə Suriya İnsan Haqları Monitorinq Mərkəzinin rəhbəri Rami Abdelrəhman bildirib.

Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti