Qarabağda erməni əsgəri vurulub

Qarabağda erməni əsgəri vurulub
  03 Oktyabr 2014    Oxunub:1611
Ermənistan – Azərbaycan təmas xəttində güclü atışma baş verib.
AzVision.az-ın erməni KİV-nə istinadən verdiyi məlumata görə, sentyabrın 29-da baş verəm şiddətli atışmadan sonra Ermənistan ordusunun əsgəri Narek Darbinyan yaralanıb.

Yaralanan əsgər Yerevanda yerləşən hərbi hospitala çatdırılıb. Onun vəziyyətinin yaxşı olduğu bildirilir.

Hazırda Ermənistan Müdafiə Nazirliyi faktla bağlı araşdırmalara başlayıb.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti