Ermənistan “Yeni SSRİ”- yə qoşulduğunu təsdiqlədi

Ermənistan “Yeni SSRİ”- yə qoşulduğunu təsdiqlədi
  02 Oktyabr 2014    Oxunub:2513
Ermənistan hökuməti Avrasiya İqtisadi İttifaqına (Aİİ) qoşulmaq barədə sazişi təsdiqləyib. Bu barədə AzVision.az Ermənistan KİV-nə istinadən məlumat verir.
Layihəni hökumətin iclasında Ermənistan maliyyə nazirinin müavini Suren Karayan təqdim edib.

Aİİ genişlənməsi imkanlarından danışan Rusiya İqtisadi İnkişaf Nazirliyinin rəsmisi Sısoeva bildirmişdi ki, hazırda Qırğızıstanla yol xəritəsinin reallaşdırılması işləri aparılır, Ermənistan isə bu mərhələdən keçib: “Ermənistanın quruma üzvlüyü ilə bağlı saziş artıq hazırdır və hər şey gözlənilən kimi baş tutsa, oktyabrın 10-da bu saziş imzalanacaq. Bu isə Ermənistanın 2 yanvar 2015-ci ildə Aİİ-nin üzv olması anlamına gəlir”.

Qeyd edək ki, Avrasiya İqtisadi İttifaqının yaradılması barədə saziş Rusiya, Belarus və Qazaxıstan prezidentlərinin may ayının 29-da Astanada keçirdiyi görüş zamanı imzalanıb.
Müqavilə hər üç dövlətin ərazisində malların, xidmətlərin, kapitalın və işçi qüvvəsinin sərbəst hərəkətini nəzərdə tutur.

Rusiya, Qazaxıstan və Belarus Avrasiya İqtisadi İttifaqının və artıq buna qədər Rusiyanın təşəbbüsü ilə yaradılmış Gömrük İttifaqının təsisçiləridir.

Bu dövlətlərin başçıları Ali Avrasiya İqtisadi Şurasında təmsil olunurlar. Sözügedən şura Avrasiya İqtisadi İttifaqını və Gömrük İttifaqını idarə edir.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti