Qazaxıstanda deputat seçkiləri keçirildi

Qazaxıstanda deputat seçkiləri keçirildi
  02 Oktyabr 2014    Oxunub:1469
Qazaxıstanda ölkə parlamentinin senatına (yuxarı palatasına) deputat seçkiləri keçirilib.
Qazaxıstan Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, seçkilərdə iştirak etmək üçün 53 namizəd qeydiyyat prosedurundan keçib. Lakin namizədlərin siyahısına 39 şəxsin soyadı daxil edilib. Belə ki, 14 namizəd müvafiq ərizə ilə öz namizədliyini geri götürüb.
MSK-nın son məlumatına görə, senator kürsüsü uğrunda 39 namizəd mübarizə aparır. Səsverməni 129 beynəlxalq müşahidəçi izləyib.

Senat deputatlarının səlahiyyət müddəti 6 ildir.

Qazaxıstan Respublikasının Mərkəzi Seçki Komissiyası bildirir ki, parlamentin Senatına deputat seçkiləri prosesi sakit şəraitdə keçib.

Qazaxıstan Respublikası parlamentinin Senatına deputat seçkiləri şəffaf keçirilib. Bu barədə Azərbaycan Respublikası MSK sədrinin müavini, beynəlxalq müşahidəçi Natiq Məmmədov məlumat verib. O deyib: “Biz hazırda Qazaxıstanda gedən seçki prosesini müşahidə edirik. Əlbəttə, bu seçkilərin ölkə üçün böyük əhəmiyyəti var. Bu seçkilər başqa yerlərdə müşahidə etdiyimiz seçkilərdən fərqlənir. Biz açıq, şəffaf, demokratik prosesin şahidi olduq. Proses hələ davam etsə də, əminliklə deyə bilərəm ki, seçkilərin nəticələrinə təsir göstərə biləcək heç bir pozuntu müşahidə etmədik. Buna görə də mən Qazaxıstan xalqını və seçkilərin təşkilatçılarını təbrik edir, onlara müvəffəqiyyətlər arzulayıram”.

MDB-nin Qazaxıstandakı missiyasının tərkibində üç beynəlxalq təşkilatdan və MDB-nin səkkiz ölkəsindən, o cümlədən MDB-nin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyasının, Belarus və Rusiya İttifaqının Parlament Məclisinin müşahidəçilər qrupundan 129 müşahidəçi akkreditə olunub.


Teqlər:





Xəbər lenti