Suriya Rusiyanın təyyarəsini vurdu

Suriya Rusiyanın təyyarəsini  vurdu
  30 Aprel 2013    Oxunub:1353
Təyyarədə 159 nəfər olub
Suriyanın paytaxtı Dəməşq də daxil olmaqla Dəra, Rastan, Deyr Əz Zur, Hələb kimi şəhərlərdə hökumət qüvvələri ilə müxalifətçilər arasında döyüşlərdə yenə ölən və yaralananlar olub. İdlibdə hökumətin silahlı müxalifətə qarşı zəhərli qazdan istifadə etdiyi bildirilib.

Məlumata görə, 2 nəfər həyatını itirib, 20-i xəsarət alıb. Dəməşq ətrafında italiyalı jurnalist də oğurlanıb. «La Stampa» qəzetinin əməkdaşı Domeniko Kuiriko barədə son məlumat 20 gün əvvəl alınıb. Paytaxt ərazisində Rusiyaya məxsus Nord Wind şirkətinin təyarəsinin vuruluduğu barədə də xəbər yayılıb. Misirdən qayıdan təyyarədə 159 nəfər olub.

Ehtimala görə, təyyarə atəşə tutulub və daha sonra yerə düşüb. Rusiya Xarici İşlər Naziri bu məlumatı dəqiqləşdirdiyini bildirib. Hökumət isə silahlı müxalifəti dialoqa çağırıb. Suriya hökumətinin yaydığı xüsusi açıqlamada deyilir ki, hakimiyyət bütün siyasi, ictimai qüvvələr, o cümlədən silahı yerə qoymaq istəyən müxalifətlə danışıqlara hazırdır. Ölkədə bir müddət əvvəl baş verən və insan ölümü ilə nəticələnən baş nazirə qarşı sui-qəsdə isə BMT-nin baş katibi Ban Ki-mun da münasibət bildirib.

Qurumun rəhbəri hadisəni pislədiklərini və bütün tərəflərin siyasi həll üçün çalışmasının zərurətini vurğulayıb. Tərəfləri silahdan imtina edərək danışıqlar masasına oturmağa çağıran Ban Ki- mun bildirib ki, indi qarşıdurmaya deyil, dialoqa ehtiyac var. ABŞ-ın Müdafiə naziri Çak Hegel İsə Suriyada kimyəvi silahdan istifadə olunub-olunmadığını araşdırdıqlarını açıqlayıb.

Səbinə Həsənova
AzVision.az



Teqlər:





Xəbər lenti