Türk iş adamı Ermənistana milyonlar ayırdı

Türk iş adamı Ermənistana milyonlar ayırdı
  01 Oktyabr 2014    Oxunub:3965
Türkiyənin tanınmış inşaat şirkətlərindən olan “Öztürklər Holdinq” Ermənistanda inşaat sektoruna investisiyalar yatırmağa başlayıb.

Azvision.az-ın məlumatına görə, bu barədə “Öztürklər Holdinq” İdarə heyətinin sədri Yusuf Öztürk müsahibəsində bildirib.

Onun sözlərinə görə, artıq şirkət Ermənistanda bir yeni yaşayış binasının tikintisinə start verib:

“Hazırda İrəvanda bir yaşayış binasının tikintisinə başlamışıq. Ermənistana investisiya qoyan ilk türk iş adamıyam. Şirkətimizin ən böyük yaşayış binaları proyektini İrəvanda inşa edəcəyik. İlkin mərhələdə Ermənistan paytaxtında beş min yaşayış evi, ondan sonrakı mərhələdə 300 yeni bina inşa ediləcək”.

Ermənistan Şəhərsalma Nazirliyi isə məsələ ilə bağlı açıqlamasında İrəvanda yuxarıda adı çəkilən şirkətin fəaliyyət göstərmədiyini bildirib. Nazirlik Yerevan meriyasına müvafiq sorğu göndərdikdən sonra bu barədə daha ətraflı açıqlama verəcəyini diqqətə çatdırıb.

Yerevan meriyası məsələ ilə bağlı açıqlamasında Türkiyə şirkətinin İrəvanda fəaliyyət göstərməsi ilə bağlı məlumatsız olduğunu vurğulayıb.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti