ABŞ Saakaşviliyə viza vermədi

ABŞ Saakaşviliyə  viza vermədi
  30 Sentyabr 2014    Oxunub:2048
ABŞ Gürcüstanın sabiq prezidenti Mixael Saakaşviliyə işçi vizası verməkdən imtina edib.
Bu barədə AzVision.az Gürcüstanın “Alia” qəzetinə istinadən xəbər verir.

Məlumata əsasən, ABŞ siyasi elitası Saakaşviliyə olan inamını itirib. Artıq sabiq prezidentin demək olar ki, Ağ Evdə dəstəkləyən adam yoxdur. ABŞ-ın hazırkı prezidenti Barak Obamanın komandası Gürcüstanın sabiq prezidentinə inanmır.

Qəzet vurğulayıb ki, Saakaşviliyə işçi sığınacağı verilməyəcəyi təqdirdə o bu ölkədə siyasi sığınacaq ala bilməyəcək.

Gürcüstanın sabiq prezidenti Mixael Saakaşvili vizanın verilməməsi ilə bağlı xəbəri şərh etmir.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti