İŞİD-in Bağdada çatmasına bir saat qalıb

İŞİD-in Bağdada çatmasına bir saat qalıb
  30 Sentyabr 2014    Oxunub:2289
İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatının yaraqlıları paytaxt Bağdaddan bir saat uzaqda yerləşən ərazidə məskunlaşıb.
AzVision.az-ın “The İndependent”-ə istinadən verdiyi məlumata görə, ABŞ aviazərbələri İŞİD-ə ciddi zərər vurmur.

“Korrupsiyaya quşanan və silah-sursatları az olan İraq ordusunun İŞİD-ə qarşı layiqli müqavimət göstərəcəyinə dair şanslar olduqca azdır. ABŞ-ın aviazərbələri isə mövcud vəziyyəti dəyişməyə kifayət etmir”, - deyə nəşr vurğulayır.

İraqın yeni baş naziri Heydər əl Abadinin Maliki dövründə təyin edilən yüksəkrütbəli zabitləri vəzifədən kənarlaşdırmasına baxmayaraq orduda korrupsiyanın kökünü kəsmək mümkün olmayıb. Qəzet xatırladır ki, Mosul uğrunda döyüşlərdə ölkə ordusunun bu şəhərdə yerləşən 60 minlik kontingentindən cəmi 20 min nəfər iştirak edib. Ölkədə əsgərlərin böyük əksəriyyəti döyüşlərdə iştirak etməmək üçün öz əmək haqlarının yarısından çoxunu zabitlərə verir.

Britaniya qəzeti vurğulayır ki, ölkədə hökm sürən hərbi böhrana baxmayaraq İraqda müdafiə və daxili işlər nazirləri vəzifələri boşdur.

Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti