Çeçenlər ilk dəfə Rusiya ordusuna çağırılır

Çeçenlər ilk dəfə Rusiya ordusuna çağırılır
  30 Sentyabr 2014    Oxunub:1615
Son 20 ildə ilk dəfə 500 çeçen Rusiya ordusunda hərbi xidmətə çağırılacaq.
Bu barədə AzVision.az “İTAR-TASS” agentliyinə istinadən xəbər verir.

500 nəfər Çeçenistan vətəndaşı artıq oktyabr ayından etibarən Rusiyanın Cənub Hərbi Dairəsindən xidmət keçəcək. Məlumata əsasən çağırışçıların 35%-i Ali məktəb bitirən tələbələrdir.

Qeyd edək ki, sonuncu dəfə Çeçenistan vətəndaşları Rusiya ordusuna 20 il əvvəl – 1994-ci ildə Rusiya ordusuna hərbi xidmətə çağırılıb.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti