İŞİD girovundan Obamaya çağırış

İŞİD girovundan Obamaya çağırış
  30 Sentyabr 2014    Oxunub:2113
İnternetdə İraq və Şam İslam Dövləti (İŞİD) təşkilatı tərəfindən girov götürülən Britaniyalı jurnalist Con Kentlinin video müraciəti yayımlanıb.
AzVision.az-ın məlumatına görə, videogörüntüdə iki il əvvəl əsirliyə düşən jurnalist ABŞ və onun tərəfdaşlarını islamçılara qarşı mübarizəsini mənasız adlandırıb.

Onun sözlərinə görə, Hərbi hava Qüvvələrinin aviazərbələri terrorçuları İraq və Suriyada ələ keçirdiyi torpaqlardan çıxmağa məcbur edə bilməyəcək: “ABŞ tərəfindən Suriya müxalifətinə ayrılan 500 milyon ABŞ dolları tamamilə boş yerə xərcələnib. Çünki həmin müxalifət Qərb tərəfindən onlara verilən silahları qaçaqmal yolu ilə satırlar. Satılan silahların da böyük əksəriyyəti son nəticədə İŞİD-ın əlinə keçir”.

Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti