İŞİD "ürəyi"ndən vuruldu

İŞİD "ürəyi"ndən vuruldu
  30 Sentyabr 2014    Oxunub:2878
ABŞ və beynəlxalq koalisiyaya məxsus təyyarələr İraq və Şam İslam Dövləti (İŞİD) Suriyadakı mövqelərinə aviazərbələr endirib.
Bu barədə AzVision.az “BBC” yə istinadən xəbər verir.

Məlumata əsasən, hərbi təyyarələr Suriyanın şimal-şərqində yerləşən neftayırma zavodlarına aviazərbələr endirilib. Terrorçuların xeyli sayda itki verdiyi bildirilir.

Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti