Prezident əməliyyat olundu

Prezident əməliyyat olundu
  30 Sentyabr 2014    Oxunub:1673
Şimali Koreya lideri Kim Çen In sentyabr ayında dizlərindən əməliyyat olunub və hazırda xəstəxanadadır.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

Məlumata əsasən Kim Çen In iyun ayında ölkə regionlarından birinə səfər edən zaman sağ topuğu zədələnib. Lakin Koreya lideri bu zədəyə uzun müddət fikir verməyib və nəticədə onun iki ayağı da axsamağa başlayıb.Artıq çəkidən əziyyət çəkən Kim Çen IN-ın hündürdaban ayaqqabıda uzunmüddət gəzdiyi üçün topuğunu zədələyib.

Hazırda Şimali Koreya liderinin xəstəxanada reabilitasiya kursu keçdiyi bildirilir.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti