Deputatlarımız Qazaxıstan seçkilərində

Deputatlarımız Qazaxıstan seçkilərində
  30 Sentyabr 2014    Oxunub:1290
Milli Məclisin deputatları Rüfət Quliyev və İqbal Məmmədov MDB Parlament Assambleyasının xətti ilə Qazaxıstanda parlament seçkilərinin gedişini müşahidə etmək üçün sentyabrın 30-dan oktyabrın 2-dək Almatı şəhərində səfərdə olacaqlar.
Milli Məclisin mətbuat xidmətindən AzVision.az-a bildiriblər ki, deputatlarımız Qazaxıstan Parlamenti Senatına keçiriləcək seçkilərə hazırlığın vəziyyəti ilə tanış olacaq, oktyabrın 1-də ölkənin müxtəlif seçki dairələrində iradəsini ifadə edən vətəndaşların fəallığına, səsvermə prosesində onların hüquqlarının təmin olunmasına, demokratik seçki qaydalarına riayət edilməsinə diqqət yetirəcəklər.


Teqlər:





Xəbər lenti