Biznesmen oğlunun ölümü ilə bağlı rəsmi məlumat

Biznesmen oğlunun ölümü ilə bağlı rəsmi məlumat
  29 Sentyabr 2014    Oxunub:2180
Daxili İşlər Nazirliyi “MCDonalds”ın Azərbaycan rəhbərinin oğlunun öldüyü qəza ilə bağlı məlumat yayıb.
AzVision.az DİN-inn saytına istinadən xəbər verir ki, qəza sentyabrın 27-də saat 18:00 radələrində Xəzər rayonunun Türkan qəsəbəsində qeydə alınıb.

Belə ki, Qəbələ rayon sakini Əhliman Süleymanovun idarə etdiyi “Hovo” və Bakı şəhər sakini Pərvin Fətullayevin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. P.Fətullayev və 2 sərnişini xəstəxanaya yerləşdirilib. Sərnişinlərdən Sənan Mirzəyev orada ölüb.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, qəzada dünyasını dəyişən S.Mirzəyev “MCDonalds”ın Bakı nümayəndəliyinin rəhbəri Maqsud Mirzəyevin oğludur.

AzVision.az


Teqlər:





Xəbər lenti