Ermənilər ayağa qalxdı, etirazlar başladı

Ermənilər ayağa qalxdı, etirazlar başladı
  29 Sentyabr 2014    Oxunub:2609
İrəvan yarmarkasında fəaliyyət göstərən yüzlərlə erməni sahibkar ölkə parlamenti qarşısında etiraz aksiyası keçirir.

AzVision.az-ın erməni KİV-nə istinadən verdiyi xəbərə görə, onlar “dövriyyədən verginin tutulması” qanunun qüvvəyə minməsinə görə, etiraz aksiyası keçirirlər.

Sahibkarlar yeni qanunla yanaşı, köhnə qanun da saxlanılmasını istəyir. Onlar ən azı bu yolla sahibkarlara bir il daha möhlət verilməsini istəyir.

Qeyd edək ki, “dövriyyədən verginin tutulması” haqqında qanun qüvvəyə minir. Qanuna əsasən yarmarkada işləyən sahibkarlar ticarət dövriyyəsi haqqında sənədləri müvafiq orqanlara təqdim etməlidir. Əks halda onlar cərimələnəcəklər.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti