Rasmussen: “NATO Şərqi Avropada mövqelərini gücləndirəcək”

Rasmussen: “NATO Şərqi Avropada mövqelərini gücləndirəcək”
  29 Sentyabr 2014    Oxunub:1203
NATO Şərqi Avropada daimi kontingentinin sayını artıracaq.
AzVision.az-ın “Reuters”ə istinadən verdiyi məlumata görə, bu barədə NATO-nun sabiq baş katibi Anders Foq Rasmussen bildirib.

Şimali Atlantika Alyansı Şərqi Avropada təyyarə, gəmi və hərbçilərin sayını artırmaq niyyətindədir.

“Biz həmçinin bir neçə gün ərzində cənub və şərqdə yaranan böhrana cavab verə biləcək hərbi birliklər yaradacağıq”, - deyə Rasmussen vurğulayıb.

Rasmussenin sözlərinə görə, NATO-nun Uelsdəki sammitində Alyansa üzv ölkələrə “istənilən istiqamət üzrə təhlükələrdən” qorunması məqsədilə bütün lazımı addımlar atılıb.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti