Obama: “Rusiya NATO müharibəsi olmayacaq”

Obama: “Rusiya NATO müharibəsi olmayacaq”
  29 Sentyabr 2014    Oxunub:1263
ABŞ prezidenti Barak Obama NATO və Rusiya hərbi qarşıdurması variantını istisna edib.
AzVision.az-ın məlumatına görə, bu barədə ABŞ prezidenti Barak Obama “CBS” telekanalına müsahibəsində bildirib.

Tərəflər arasında hərbi münaqişənin baş vermə ehtimalı barədə suala Obama belə cavab verib: “Xeyr, Mən Rusiya və NATO arasında hərbi münaqişənin baş verəcəyini düşünmürəm”

O, həmçinin əlavə edib ki, ABŞ Şərqi Avropada yerləşən NATO-ya üzv ölkələri sakitləşdirmək üçün “xeyli işlər” görüb.

Obama bildirib ki, “NATO haqqında” sazişin beşinci bəndinə əsasən alyansa üzv ölkələrdən birinə hücum olduğu təqdirdə quruma üzv bütün ölkələr ona hərbi kömək edəcək: “Rusiya lideri Vladimir Putin bunu yaxşı anlayır”.

Obama həmçinin Rusiyaya qarşı sanksiyaların effektivliyini də vurğulayıb.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti